Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Fars rejimin təhlükəsizlik qüvvələri Ulduz Qasimini yaxalamaq üçün onun ata evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimin təhlükəsizlik qüvvələri azərbaycanlı milli-mədəni fəal Ulduz Qasimini yaxalamaq üçün sentyabrın 4-də onun ata evinə hücum edib.

Rejimin təhlükəsizlik qüvvələri məhkəmə hökmü olmadan zorla evə daxil olaraq, axtarış aparıblar. Axtarış nəticəsində Ulduz Qasimiyə aid bir çox kitab və evdə olan elektron kommunikasiya vasitələri məmurlar tərəfindən götürülüb.

Rejimin təhlükəsizlik qüvvələri həmçinin Ulduz Qasiminin anasına çağırış vərəqəsi göstərərək, fəalın sentyabrın 5-də irqçi fars rejimin “Doqquz pillə” Polis İdarəsinin Təhlükəsizlik bölməsinə müraciət etməsini tələb ediblər. Onlar fəalın anasına təhdid edilərək bildirilib ki, Ulduz təyin edilən vaxtda müraciət etməsə cəzalandırılacaq.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın