Azərbaycanlılar qondarma “Arsax” adı ilə bağlı BMT-yə müraciət edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Florida Ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası Kaliforniya ştatının Qlendeyl şəhərində 100 məhəlləni əhatə edən “Merilənd” prospektinin adının dəyişdirilərək Arsax adlandırılmasına qarşı bəyanat yayıb.

Bəyanat müəllifləri bu addımı narazılıqla qarşılayaraq, erməni lobbisinin maraqlarını həyata keçirməyə hazır olan Qlendeyl şəhər şurasının mövqeyindən narahatlıqlarını diqqətə çatdırıblar:

“Biz – dünya azərbaycanlıları bütün beynəlxalq təşkilatlara, xüsusilə BMT, Avropa İttifaqı və Helsinki Komissiyasına müraciət edərək, Kaliforniya ştatında çoxsaylı azərbaycanlıların yaşadığını nəzərə alaraq, dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün, ən qısa müddətdə ciddi addımların atılacağına ümid edirik”.

Qeyd edək ki, bir müddət bundan əvvəl ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində “Merliend” prospektinin adı dəyişdirilərək, ermənilərin Dağlıq Qarabağdakı oyuncaq “respublika”ya verdikləri ada uyğun olaraq “Arsax”adlandırılıb.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …

Bir cavab yazın