İrqçi fars rejim azərbaycanlı fəal Məhəmməd Xakpur Məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejim Babək Qalası Qurultayında yaxalanan azərbaycanlı milli-mədəni fəal Məhəmməd Xakpuru Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsinə çağırdı. Fəala 5 gün ərzində məhkəməyə müraciət etməsi çağırış vərəqəsində qeyd edilib.

Çağırış vərəqəsində fəalın nədə ittihamı edildiyi qeyd edilməyib və yalnız “Sizin əleyhinizə edilən şikayətə baxılması üçün şöbəyə müraciət edin” sözü yazılıb.

Qeyd edək ki, azərbaycanlı fəal Məhəmməd Xakpur 2018-ci il iyul ayının 5-də Babək Qalası Qurultayında yaxalanaraq, rejimin Əhər şəhərində yerləşən təcridxanasına aparılıb. O 3 gün saxlandıqdan sonra sərbəst buraxılmışdır. Fəal yaxalanarkən rejimin təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülüb.

Tanınmış azərbaycanlı fəal Məhəmməd Xakpur Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və müxtəlif təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Bir cavab yazın