Bazar ertəsi , May 6 2024
azfa

Xəstəxanadan çıxarılan azərbaycanlı fəal Həkimə Əhmədi ETTELAAT-ın təcridxanasına köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı və irqçi fars rejimin Mərənd şəhərində yerləşən ETTELAAT İdarəsinin təcridxanasında ağır işgəncələrdən sonra barmaqları və qabırğası sındırılan azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədi xəstəxanadan cüzi müalicə edildikdən sonra yenidən rejimin ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb.

Fəalın sağlamlıq vəziyyəti barədə hələlik heç bir məlumat yoxdur.

Həkimə Əhmədinin həyat yoldaşı Məhəmmədrza Qurbanı isə bir müddət öncə açıqlama verərək, bildirmişdi ki, rejimin məmurlarının işgəncə etməsi nəticəsində həyat yoldaşının barmaqları və iki qabırğası sınıb və o xəstəxanya yerləşdrilib. Rejimin məmurları xəstəxana xərclərinin də fəalın həyat yoldaşı tərəfindən ödənilməsini istəyiblər.

Onun bildirdiyinə görə rejimin əmniyyət qüvvələri həyat yoldaşı ilə görüş və telefon əlaqəsi saxlamağı da qadağan ediblər.

Qeyd edək ki, işğlaçı və irqçi fars rejimin məmurları 2018-ci il oktyabrın 26-da Mərənd şəhərində azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədinin evinə hücum edərək, fəalı döyərək yaxalamışdılar. Evə vəhşicəsinə hücum edən rejimin məmurları fəal və onun həyat yoldaşına qarşı kobud davranıb, hətta onları silahla hədələmişdilər. Məmurlar vəhşicəsinə evdə axtarış aparıb, evin bir çox əşyasını sındırmışdılar. Evdəki uşaqları təhdid edən məmurlar axtarış apardıqdan sonra evdən 2 ləptop, 3 mobil telefonu və bir neçə Sim-Kart götürüblər.

Azərbaycanlı xanım fəal Həkimə Əhmədinin iki uşağı var. O sentyabrın əvvələrində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq, 3 gün saxlandıqdan sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın