Bazar ertəsi , Oktyabr 26 2026
azfa

İşğalçı fars rejim azərbaycanlı fəal Məhəmməd Xakpuru məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  işğalçı və irqçi fars rejimin Ərdəbildə yerləşən məhkəməsi azərbaycanlı milli-mədəni fəal Məhəmməd Xakpuru Babək Qalası Qurultayında iştirak etdiyi üçün məhkəmə çağırdı.

Bununla bağlı 2018-ci il noyabr ayının 14-də azərbaycanlı fəala çağırış vərəqəsi göndərilib. Fəal göndərilən çağırış vərəqəsinə əsasən o 5 gün ərzində rejimin Ərdəbil şəhərində yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsinə müraciət etməlidir. Çağırış vərəqəsi rejimin Kəleybərdə yerləşən prokurorluğu adından göndərib.

Rejimin məhkəməsinin göndərdiyi çağırış vərəqəsində Məhəmməd Xakpurun çağırılma səbəbi və ittihamı yazılmamışdır. Yalnız bildirilib ki, irəli sürülən ittihamdan müdafiə ilə bağlı məhkəməyə müraciət edin.

Qeyd edək ki, azərbaycanlı fəal Məhəmməd Xakpur 2018-ci il iyul ayının 5-də Babək Qalası Qurultayında yaxalanaraq, rejimin Əhər şəhərində yerləşən təcridxanasına aparılıb və 3 gün saxlandıqdan sonra zaminə buraxılıb. Azərbaycana fəala qarşı vəhşicəsinə işgəncə verilib.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın