Şənbə , Avqust 15 2026
azfa

Antiazərbaycan kürd valinin azərbaycanlıların soyqırımını lağa qoymasına etirazlar davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Azərbaycanın böyük bir hissəsini kürdləşdirərək, Azərbaycandan ayırıb Kürdüstan yaratmaq məqsədilə Qərbi Azərbaycan vilayətinə təyin etdiyi kürd vali Şəhriyarinin 200 min azərbaycanlının soyqırımını lağa qoyub dəyərsiz məsələ adlandırmasına qarşı Güney Azərbaycanda etirazlar davam edir.

Güney Azərbaycan ictimaiyyəti ilə yanaşı Antiazərbaycan kürd valinin soqyırıma məruz qalan yüzminlərlə azərbaycanlının əcdanın ruhunu təhqir edib, lağa qoyması hətta rejimə bağlı olan azərbaycanlı millət vəkilləri və s. rəsmilərin də narazılığına səbəb olub.

Urmiya Şəhər Şurasının üzvlərindən bir neçəsi, Urmiyanın rejimin məclisindəki millət vəkilləri Ruhullah Həzrətpur, Nadir Qazipur və Bahaduri ayrı-ayrılıqda Antiazərbaycan kürd valinin azərbaycanlıların soyqırımını lağa qoymasını tənqid ediblər.

Bu barədə Nadir Qazipur Teleqram kanalında yazıb: “Yaxşı olardı ki, müsahibə və çıxışlarınızdan əvvəl “Urmiya dünyanı yandıran müharibədə”, “Azərbaycanın 18 illik tarixi” və “Azərbaycan birinci dünya müharibəsində” və ya “Ciloluq faciəsi” kimi tarixi əsərləri oxuyardınız. O zaman Azərbaycanda ən azı 140 min nəfər şiə və sünnünün qətlə yetirildiyini bilərdiniz.”

Ruhulla Həzrətpur isə bu barədə Twitter səhifəsində post paylaşıb: “Şübhəsiz ki, tarixi hadisələr inkişafa maneə olmamalıdır. Lakin tarix ibrət aynasıdır. Ola bilsin ki, millətlər tarixi hadisələri bağışlar, amma onu heç vaxt unutmazlar. Yoxsulluq və inkişafdan geri qalmağın əsas səbəbi bölgəyə sərmayə cəzb olunmaması və istehsal məsələsidir, yəni o şüarlar ki, ictimaiyyət həyata keçirilməsini gözləyir.”

Urmiyanın digər millət vəkili Hadi Bahaduri isə Kərbəla səfərində olduğu üçün bir az gec reaksiya verərək bu məsələni qınayıb və məlumatı olmayan şəxslərin Azərbaycanın millətinin başına gətirilən faciələr barədə danışmasının düzgün olmadığını bildirib.

Həmçinin yoxlayın

Tramp: İran rejiminin məğlubiyyətindən sonra Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm

GADTB: ABŞ Prezidenti Donald Tramp avqustun 14-də Lonq-Aylendin Qarden-Siti şəhərində çıxışı zamanı ABŞ-ın Hörmüz boğazına …

Təbrizli sənətçiyə bu dəfə Babək Xürrəmdin tamaşasına görə cümə namazı xütbəsindən təhdid

GADTB: Təbriz imam-cüməsi və Şərqi Azərbaycan üzrə Vəli-fəqihin nümayəndəsi Əhməd Mütəhəri-Əsl 23 mordad tarixində cümə …

Bir cavab yazın