Türküstan şəhərində TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının toplantısı keçirilir

GADTB-nin mətbuat Mərkəzinin əldə etdiyi mçəlumata görə, Qazaxıstanın Türküstan şəhərində keçirilən görüş TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısıdır.

Həmin toplantıda türk dövlərinin mədəniyyət nazirləri və sş nümayəndələri iştirak edir. Azərbaycan Respublikasından isə Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov, nazirliyin rəsmiləri Yaşar Əliyev və Tamerlan Axundov iştirak ediblər.

Keçirilən iclasda TÜRKSOY-un 2017-ci il üzrə fəaliyyətinin yekunları, 2018-ci il üçün fəaliyyət proqramı, növbəti ildə TÜRKSOY təqvimində yer alması təklif edilən tarixi şəxsiyyətlər, habelə TÜRKSOY mədəniyyət paytaxtı elan olunacaq şəhərlər və digər məsələlər müzakirə ediləcək.

TÜRKSOY-un həmin toplantı çərçivəsində “Türküstan-türk dünyasının mədəniyyət paytaxtı-2017” mədəniyyət ilinin bağlanış mərasiminin keçirilməsi nəzərdə tutulur.

 

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …

Bir cavab yazın