Cümə , Avqust 21 2026
azfa

Quzey Azərbaycanın dəmir yolu Güney Azərbaycanın Parsabad şəhərinə birləşdirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Quzey Azərbaycanın dəmir yolunun Güney Azərbaycanın Ərdəbil vilayətinin Parsabad şəhərinə birləşdirilməsi istiqamətində Azərbaycan Respublikası rəsmiləri ilə razılığa gəlinib.

Bu barədə Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu açıqlama verib.

Ə.Behnamcunun sözlərinə görə, Azərbaycan Respublikasının dəmir yolunun Ərdəbilin Parsabad rayonuna birləşdirilməsi üçün təxminən 500 hektar ərazi ayrılması nəzərdə tutulub.

Ərdəbil-Parsabad dəmir yolunun çəkilməsi üzrə araşdırmaların 7 ay davam edəcəyini deyən vali qeyd edib ki, vəsaitin təmin olunması üçün lazımi addımlar atılıb və Ərdəbil-Parsabad dəmir yolu layihəsinin 4-5 il ərzində çəkilməsinə səy göstərilir.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …

Bir cavab yazın