Cümə axşamı , Oktyabr 29 2026
azfa

Suriya qəssabının himayədarları bir-birilə döyüşdülər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyada Bəşər Əsəd rejiminə dəstək verən İran və Rusiya qüvvələri arasında Hələb və Deyr əz-Zor bölgələrində atışma olub.

Atışma nəticəsində 2 İran əsgəri ölüb, 4 rus əsgəri yaralanıb.

Rəsmi açıqlama verilməsə də, yerli mənbələr toqquşmanın olduğunu təsdiqləyib.

Qeyd edək ki, yanvar ayında Rusiyanın dəstəklədiyi “Aslan güclərinin 5-ci birliyi” ilə Bəşər Əsədin qardaşı Mahir Əsədin rəhbərlik etdiyi və İranın dəstəklədiyi “4-cü fırla” arasında şiddətli döyüşlər baş vermişdi.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …

Bir cavab yazın