Cümə axşamı , May 7 2026
azfa

İrqçi fars rejim azərbaycanlıları farslaşdırmağa yeni planlar cızdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlıları və digər qeyri-fars millətləri farslaşdırmağa yeni planlar cızdı. Rejimin bu istiqamətdə qeyri-fars bölgələrdə uşaqları 4 yaşından məcburi olaraq fars dilinin tədrisə cəlb edərək onları daha tez farslaşdırçmağı planlaşdırıb.

Rejim təhsil nazirinin müavini Rizvan Həkimzadə bu barədə məlumat verərək deyib: “Qeyri-fars bölgələrdəki təhsil uğursuzluğu uşaqların daha az zəkalı olduqlarından deyil, bu onların dili  anlamadıqları ilə bağldır. Hətta onların bəziləri bu səbəbdən məktəbi tərk edir. Əgər uşaqların məktəbi buraxmasını istəmirik, onların uğur qazanmasını istəyiriksə, o zaman bunun üçün tədbir alınmalıdır. Ona görə də gələcək təhsil ilindən etibarən yoxsul qeyri-fars bölgələrdə uşaqları iki il öncədən, yəni 4 yaşlarında məktəbəqədər proqramlara göndərmək qərarına gəldik”.

Qeyd edək ki, rejim bu planla Azərbaycan türklərini və digər qeyri-farsları daha tez assimilyasiyaya uğratmağı düşünür.

Həmçinin yoxlayın

BMT-nin keçmiş silah müfəttişi: Bütün zənginləşdirilmiş uran İrandan çıxarılmalıdır

GADTB: Channel 12 telekanalının yaydığı məlumata görə, BMT-nin keçmiş nüvə müfəttişi və “Elm və Beynəlxalq …

ABŞ qüvvələri Oman körfəzində İranın “Hosna” neft tankerini hədəfə alıb

GADTB: ABŞ-ın Mərkəzi Komandanlığı İran bayrağı altında üzən boş neft tankerini Oman dənizində hədəfə aldığını …

Bir cavab yazın