Çərşənbə axşamı , Yanvar 7 2025
azfa

Rejim azərbaycanlı fəallara təyin etdiyi mülki vəsiqəni artırıb onları həbs etdi

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 12-ci şöbəsi azərbaycanlı fəallar Yusif Sələhşur və Davud Mahmudi barəsində çıxarılan mülki vəsiqə qərarının məbləğini artıraraq, onları Təbriz zindanının qarantın bölməsinə salıblar.

Azərbaycanlı fəalların məhkəmə iclası mayın 8-də rejimin İnqilab Məhkəməsinin 12-ci şöbəsində keçirilib. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin işğalını və erməni iddialarını pisləmək məqsədilə yaxalanan fəallar şərlənərək, “ümumi nizam-intizamı pozmaq və təhlükəsizlik qüvvələri ilə qarşıdurma yaratmaq”da günahlandırılmışlar.

Rejimin məhkəməsi təhlükəsizlik orqanlarının təzyiqi ilə fəallar barəsində bundan əvvəl çıxarılan 50 milyon tümənlik mülki vəsiqə qərarını dəyişərək, onların azadlığa buraxılması üçün 80 milyon tümənlik vəsiqə təyin edib. Bundan sonra fəallar rejimin Təbrizdə yerləşən həbsxanasına aparılıb.

Azərbaycanlı fəallar Kərim Kərimi və Həmid Baği Beyrəq, həmçinin daha bir neçə fəalla birlikdə martın 1-də Təbrizin “Traxtur” futbol komandasının görüşündən sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, onlar 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır.

Qeyd edək ki, azərbaycanlı fəallar işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Xocalı soyqırımının ildönümündə Tehrana səfəri və Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatına etiraz etdikləri üçün yaxalanıblar.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə “Azərbaycan Səsi”ndə “İranın Azərbaycan və Türkiyəyə qarşı təxribatının səbəbləri və gələcək planı” mövzusunda çıxışı -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Hakan Fidan: PKK/YPG Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır

GADTB: PKK/YPG terror qruplaşması Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır. Bunu Türkiyənin xarici işlər …

Bir cavab yazın