Çərşənbə axşamı , İyun 16 2026
azfa

İrqçi fars rejimi məqsədli şəkildə Güney Azərbaycan sənayesini müflisləşdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars rejimi məqsədli şəkildə Güney Azərbaycanda müstəmləkə siyasəti yürütmək, eləcə də Azərbaycan şəhərlərində istehsal olan sənaye məhsullarının oxşarının Çindən idxalına şərait yaratdığı üçün Güney Azərbaycan sənayesini müflisləşdirir. Bu istiqamətdə son günlər əvvəllər Traktor İstehsalı Zavodundan ayrılmış “Traktor Sənaye Texnikası Zovodu” müflisləşdirlərək, bağlanılıb.

Zavodun qapısına Təbriz Müflisləşmə İşləri Üzrə İdarə tərəfindən həmin zavodun müflisləşdiyinə dair tablo da asılıb. Tabloda zavodun müflisləşdiyi və qapısının plombaldığı qeyd edilib. Həmçinin tabloda zavoda daxil olanın 3 aydan 2 ilədək həbs ediləcəyi yazılıb.

Zavodun işçiləri isə işsiz qalıb və zavoda belə buraxılmayıb.

Rasist fars rejimi yeni ilin büdcəsində də Təbrizin Traktor Zavodu və Azərbaycanın digər zavodlarının müflisləşməsini planlaşdırıb. Belə ki, rejim Güney Azərbaycanda istehsal edilən sənaye məhsullarının oxşarının Çin və digər ölkələrdən ucuz qiymətə gətirilməsinə həvəsləndirici planlar nəzərdə tutub. Bu da məqsədli şəkildə Azərbaycan sənayesinin müflisləşməsini hədəf alıb.

Həmçinin yoxlayın

Molla rejimin zindanlarında siyasi məhbuslar edama qarşı aclıq aksiyası keçirir

GADTB: Molla rejimin zindanlarında həbsdə olan siyasi məhbuslar bu gün səhər saatlarından başlayaraq İranın 56 …

ABŞ və İran rəsmiləri razılaşmanın bəzi müddəalarına fərqli yanaşır

GADTB: “Vol Strit Jurnal” ın yazdığına görə, Amerika Birləşmiş Ştatları ilə İran 14 iyun tarixində …

Bir cavab yazın