Ərdoğan Trampa S-400 raketlərlə bağlı yeni təklif verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altunun sözlərinə görə, görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

Məlumata görə, Türkiyə prezidenti Rusiyadan alınacaq S-400 zenit-raket sistemləri ilə bağlı ortaq işçi qrupunun yaradılması təklifini təkrar irəli sürüb. Liderlər Yaponiyada keçiriləcək G20 (“Böyük yeddilik”) sammitində görüşmək barədə razılaşıblar.

Rusiyanın “Rosoboroneksport” şirkəti isə məlumat verib ki, S-400-lərin Türkiyəyə öncədən müəyyən edilən vaxtda çatdırılması istiqamətində işlər görülür.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …

Bir cavab yazın