Bazar ertəsi , Oktyabr 26 2026
azfa

İki ay öncə rejimin yaxaladığı Həbib Sasanianın vəziyyətindən heç bir xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təxminən 2 ay öncə mərhum Əziz Purvəlinin dəfn mərasimində yaxaladığı azərbaycanlı milli-mədəni fəal Həbib Sasanianın hələ də harada saxlandığı məlum deyil.

Fəalın vəziyyətindən heç bir məlumatın olmaması ailəsi və azərbaycanlı fəalların nigaranlığına səbəb olub.

Qeyd edək ki, Azərbaycanlı milli-mədəni fəal Həbib Sasanian mərhum Əziz Purvəlinin Təbrizdə dəfn mərasimində çıxışından sonra irqçi fars rejimin məmurları tərəfindən yaxalanmışdır.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın