Bazar ertəsi , Oktyabr 26 2026
azfa

İrqçi fars rejim ekologiya məsələsini bəhanə gətirərək Xəzərdə qaz xətti çəkilməsinə qarşı çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim ekologiya məsələsini bəhanə edib Xəzərdə Türkmənistandan Azərbaycana qaz xətti çəkilməsinə qarşı çıxdı.

Rejimin Milli Qaz Şirkətinin rəsmisi Bəhruz Namdari deyib ki, İran Xəzərdə bir qaz kəmərinin inşasına qarşıdır, çünki bu, bölgənin ekologiyasına ciddi ziyan vura bilər.

 “Xəzər dənizinin şərqindən qərbinə qədər qaz kəmərinin çəkilməsi bölgənin ekologiyasına ciddi ziyan vura bilər. İran onun inşasına qarşı çıxır”, – Namdari bildirib.

O, xatırladıb ki, İran qazı dünya bazarına çıxarmaları üçün qonşularına öz qaz kəməri və terminallarından istifadə etməsini təklif edib.

Qeyd edək ki, bununla da rejim həm tranzit pulu qazanmaq, həm də türk dövlətlərini özündən asılı vəziyyət salmağı qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın