Cümə , Oktyabr 30 2026
azfa

Qərbi Azərbaycanda kürd valinin Urmiyada tarixi məkanı PKK-çı kürdə verməsi etiraza səbəb oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycanın qərb bölgəsini kürdləşdirmək məqsədilə bu vilayətə təyin etdiyi qeyri-yerli kürd vali Məhəmməd Mehdi Şəhriyari Qərbi Azərbaycanı kürdləşdirmək məqsədilə Urmiyanın mərkəzində bir tarixi ərazini İraqdan olan PKK-çı kürd verib. Bu isə haqlı olaraq əhali və əsnafın ciddi narazılığına səbəb olub.

Artıq Urmiyanın tacirləri və əsnafı imza toplamaq və müraciətlə bu xəyanətin və qanunsuz hərəkətin qarşısını almağı tələb ediblər. Azərbaycanlı fəallar isə Urmiyanın bələdiyyə başqanı və digər rəsmilərdən tələb ediblər ki, bu xiyanətə son qoysunlar. Onlar hədələyiblər ki, əgər lazımi tədbir görülməsə Azərbaycan türk milləti özü tədbir görəcək.

Qeyd edək ki, antitürk vali vasitəsilə Urmiyada “Məscid Came”nin ətrafındakı tarixi ərazi İraqın Ərbil şəhərindəndən olan Novruzi adlı PKK-çı bir kürdə verilib. Antiazərbaycan və qeyri-yerli vali geniş sahəni ticarət mərkəzi tikmək bəhanəsi ilə həmin PKK-çı xarici şəxsin ixtiyarında qoyub.

Bu qanunsuz hərəkətlərdən məqsəd isə Azərbaycanın böyük hissəsini azərbaycanlılardan təmizləmək və Azərbaycan ərazisində kürd vilayətləri yaratmaq məqsədi güdür.

Həmçinin yoxlayın

Təbrizli idmançı bir dünya və iki Asiya rekordu müəyyənləşdirib

GADTB: Təbrizli 45 yaşlı döyüş sənətləri idmançısı Xudayar Əzizian yoxuşlu yolda nümayiş etdirdiyi qeyri-adi performansla …

Qadınlardan ibarət “Traxtur” komandası “Mis Rəfsəncan” üzərində böyükhesablı qələbə qazandı

GADTB: “Traxtur”un qadınlardan ibarət futbol komandası çempionatın beşinci turu çərçivəsində “Mis Rəfsəncan”ı 4:0 hesabı ilə …

Bir cavab yazın