Çərşənbə , May 6 2026
azfa

Bədri Ərdəbildə məktəblərdə türk dilinin tədris olunacağını iddia edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbilin rejimin məclisində millət vəkili Südeyif Bədri yeni dərs ilində Güney Azərbaycanda Ərdəbil vilayətinin məktəblərində Azərbaycan türkcəsinin sınaq tədrisinin keçiriləcəyini idia edib.

Bədri sentyabrın 7-də Ərdəbil Mədəniyyət və İncəsənət Kompleksində keçirilən tədbirdə bu barədə açıqlama verib.

Bədri deyib: “Uzun illərdir konstitusianın 15-ci maddəsi qeyri-müəyyn vəziyyətdədir. Bu il türk dilinin tədrisi ilə həmin maddənin icrasına başlanılacaq.

Ərdəbil əhalisinin əsas tələblərindən biri məhz türk dilinin tədris olunmasıdır. Yerli məsullar və qeyri-hökumət təşkilatları bu dilin qrammatikasının məktəblərdə tədris olunmasına çalışır. Çalışacağıq istədiyimiz nəticəyə nail olaq.

Fikrimcə universitetlərdə də türk dilinə diqqət yetirilməlidir. Hətta bu dili öyrənmək istəyən yerli olmayan öyrəncilər üçün də türk dili kusrları təşkil olunmalıdır”.

Qeyd edək ki, irqçi fars rejim Azərbaycan türk millətinin mübarizəsi nəticəsində məhdud şəkildə Azərbaycan türkcəsinin sınaq şəkildə bir neçə sinifdə tədrisinə söz verib. Lakin hələlik bu istiqamətdə heç bir iş görülməyib.

Həmçinin yoxlayın

Molla rejimi Həmədanda 40 vətəndaşın əmlakını “vətənə xəyanət” ittihamı ilə müsadirə edib

GADTB: İran məhkəmə sistemi Həmədan əyalətində 40 nəfərin əmlakının “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” ittihamları …

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …

Bir cavab yazın