Şənbə , Aprel 25 2026
azfa

Nyu-Yorkda türk diasporların toplantısı keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın Nyu-York şəhərində Türk diasporların potensialının təkmilləşdirilməsi üzrə təlim proqramı təşkil edilib. Proqram Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilib.

Proqram çərçivəsində Türk Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin diaspor qurumlarının təqdimatı olub. TDƏŞ Baş katibinin müavini Qismət Gözəlov, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyənin Nyu-Yorkdakı baş konsulu Alpər Aktaş, Qazaxıstanın Nyu-Yorkdakı baş konsulu Zanibek Abdraşov, Qırğızıstan Dövlət Miqrasiya Xidmətinin sədri Bolotbek İbrahimsanov və digər türkdilli dövlətlərin nümayəndələri çıxış edərək, yürüdülən diaspor siyasəti, bütün dünyada türkdilli diasporların bir araya gətirilməsi və koordinasiyanın gücləndirilməsinin əhəmiyyətindən danışıblar. Hazırda dünyada 20 milyondan çox türk diasporun mövcud olduğu, onların xüsusilə ABŞ kimi böyük lobbiçilik ölkəsində daha iri layihələr həyata keçirmək imkanlarına malik olduqları vurğulanıb.

Toplantıda bu istiqamətdə müxtəlif təkliflər səslənib. TDƏŞ-in zirvə toplantılarının əhəmiyyətindən danışılıb və növbəti toplantının Azərbaycanda keçiriləcəyi bildirilib.

Hazırda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ənənəvi keçirilən yay düşərgələrinin və müxtəlif ölkələrdə açılan həftəsonu məktəblərinin əhəmiyyəti xüsusi vurğulanıb. Tədbirdə Dövlət Komitəsinin türkdilli dövlətlərin diaspor gənclərinin ortaq düşərgələrinin təşkil olunması barədə təklifi böyük maraqla qarşılanıb.

Toplantıdan sonra dahi şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Nəsimi gecəsi” keçirilib. Tədbirdə Milli Müsiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi və prezidenti Nərgiz Əliyarova, Jefri Verbok, Fəqan Həsənli, Şenika Con Cordan və Ulya Aliqulovanın ifalarında Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Firəngiz Əlizadənin, Faiq Sücəddinovun, İlahə İsrafilovanın, Sevinc Balabəyovanın, Tamilla Əhədovanın əsərləri, milli muğamlarımız və Nəsiminin şeirləri səsləndirilib.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

“New York Times” qəzeti Müctəba Xamenei ilə bağlı məlumat yaydı

GADTB: The New York Times nəşri İran rəsmilərinə istinadən Müctəba Xameneinin səhhəti ilə bağlı məlumat …

Bir cavab yazın