Cümə axşamı , Oktyabr 29 2026
azfa

Güney Azərbaycan şairi və ədib Mirhüseynqulu Riyahifər dünyasını dəyişib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanlı şair və ədib Mirhüseynqulu Riyahifər  dünyasını dəyişib. Şairin xəstəlik nəticəsində Mərənd şəhərində xəstəxanada vəfat etdiyi bildirilir.

Mərhumun bu gün Təbrizin Vadiye Rəhmət qəbristanlığında dəfn ediləcəyi xəbəri verilib.

Qeyd edək ki, Mirhüseynqulu Riyahifər Mərən şəhərinin Şəhriyar Ədəbi Əncüməninin keçmiş katibi və Təbriz Ədəbi Əncüməninin üzvü olub. Mərhum şairi və ədib “Dumanlı illər”, “Azərbaycan şeir qəlibləri” və “Yekanat tarixinə bir baxış” adlı türk dilində əsərlərin müəllifidir. Sav TV əməkdaşları şairin ailəsi və yaxınları baş sağlılğı verib səbr diləyir.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …

Bir cavab yazın