Çərşənbə axşamı , İyul 28 2026
azfa

Azərbaycanlı fəallar sürgündən yenicə buraxılan Siyamək Mirzainin görüşünə getdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehran sakini olan azərbaycanlı milli-mədəni fəallar sürgündən yenicə buraxılan Siyamək Mirzainin görüşünə gediblər.

görüş noyabrın 6-da Tehranda baş tutub.

Tehranın Evin zindanında həbs müddətini sona çatdıqdan sonra iyulun 28-dən Qain şəhərinə sürgünə göndərilən azərbaycanlı fəal Siyamək Mirzai saxlandığından 40 ay sonra ilk dəfə məzuniyyətə buraxılıb.

Oktyabrın 28-də Ərdəbil şəhərinə gələn Siyamək Mirzai çox sayda azərbaycanlı milli-mədəni fəal tərəfindən qarşılanmışdır, o sonra ailəsinin yaşadığı Muğan şəhərinə getmişdir.

Qeyd edək ki, irqçi fars rejim azərbaycanlı fəalı yalnız Azərbaycan millətinin hüquqlarından müdafiə etdiyi üçün həbs və sürgünə məruz qoyub.

Həmçinin yoxlayın

Molla rejimi Qoşaçayda beş azərbaycanlı fəala həbs cəzası verib

GADTB: Qoşaçay (Miyandab) bölgəsinin 103 saylı İkinci Cinayət Məhkəməsi və İnqilab Məhkəməsi beş azərbaycanlı fəal …

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin …

Bir cavab yazın