Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

İrqçi fars rejim etirazlarin ilk 3 gününün xəsarətinin hesabatını yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim müxtəlif şəhərlərdə baş verən etirazlar çərçivəsində dövlət əmlakına ilk üç gündə 2 333 milyard tümən ziyan dəydiyini bildirib.

Dörd şəhərdəki 450 bank, ölkənin müxtəlif bölgələrindəki 80 marketlər şəbəkəsi, 120 təcili yardım maşını və 40 təcili yardım bazası dağıdılıb.

Hesabatda bəzi əyalətlərin hələ də dəymiş ziyan barədə məlumat vermədiyi, yuxarıda göstərilən zərərlərin benzin qiymətinin artmasından əldə olunan illik gəlirin 7.5 faizini təşkil etdiyi deyilir.

Hesabatda qeyd olunur ki, təcili yardım şəbəkəsinə 64 milyard tümən və bank şəbəkəsinə dəymiş ziyanı 60 milyard 600 milyon tümən təxmin edilir. Aksiyalarda mağazalar şəbəkəsinə təqribən 200 milyard, internet mağazalarına 900 milyard tümən (internet çatışmazlığı səbəbi ilə), İsfahana, təxminən 300 milyard tümən ziyan dəydiyi bildirilir.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın