Rejimin qüvvələri Təbrizdə evə hücum edərək azərbaycanlı gənci etirazlarda iştirak etdiyi üçün güllələdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu qüvvəkləri Təbrizin Rizvanşəhr məhəlləsinin Siyamək Müvəhhid Pir Əlilununun evlərinə daxil olaraq 23 yaşlı həmin gənci ailəsinin gözü qarşısında güllələyiblər.

Rejimin terrorçu məmurları fəalın noyabr ayında Təbrizin 40 Metr məhəlləsində keçirilən etirazlarda iştirak etdiyini bəhanə edib, onu yaxalamaq istəyiblər.

Rejimin terrorçu məmurları bu məqsədlə noyabrın 29-da evə hücum çəkərək Siyamək Müvəhhid Pir Əlilunu yaxalamağa cəhd ediblər. Lakin onlar ailə üzvlərinin müqaviməti ilə qarşılaşıblar və nəticədə qarşıdurma yaranıb. Bundan sonra rejimin terrorçu məmurları Siyaməki ata və anasının gözü Qarşısında güllələyiblər.

Qətlə yetirilən azərbaycanlı gəncin Təbrizin 40 Metr məhəlləsində keçirilən etiraz aksiyası zamanı kameralar tərəfindən çəkildiyi bildirilir.

Azərbaycanlı gənc Siyamək Müvəhhid Pir Əlilunu dəfn mərasimi də rejimin qüvvələrinin xüsusi nəzarəti altında keçirilib və yas mərasimi tutulmasına da icazə verməyiblər.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …

Bir cavab yazın