Bazar ertəsi , Avqust 31 2026
azfa

CAN təşkilatının sədri Norveçin baş naziri ilə görüşüb

GADTB-nin Mətbuat Mərkəzinin KANAL 5-ə istinadən verdiyi məlumata görə, Norveçin paytaxtı Osloda Əmir Cavad Şeyx, Norveçin sabiq Baş Naziri Xyel Maqne Bundevik və İslam Dünyası Cəmiyyətinin baş katibi Məhəmməd Bin Əbülkərim Əl-İsa tərəfindən “Nifrət və ayrı-seçkiliyə qarşı necə mübarizə aparmaq olar?” mövzusunda tədbir keçirilib.

Norveçdəki “CAN” Azərbaycan diaspor təşkilatının sədri və modelyer Şervin Nəcəfpur tədbirdə iştirak edərək, Norveçin Baş Naziri Erna Sulberq ilə fikir mübadiləsi aparıb, ona Azərbaycanda baş tutmuş “Milli mirasımızın mənşəyini kəşf et” layihəsindən hədiyyə təqdim edib.

Söhbət əsnasında Ş.Nəcəfpur layihənin mahiyyətini izah edərək deyib: “Biz Norveçlə Azərbaycanın mədəniyyətini bir araya gətirməyə çalışdıq. Azərbaycanlı model Elvin İsmayıla öz milli geyimimizi, Norveçdən Azərbaycana səyahət etmiş bloqer Jeanette Hildebrandta isə Norveç milli geyimini geyindirib Qobustanda, Şamaxıda, Atəşgahda, Yanardağda onların fotosessiyalarını etdik”.

Diaspor fəalı vurğulayıb ki, “CAN” təşkilatının təşəbbüsü və “Caspian Media Holding”in təşkilati dəstəyi ilə Norveç və Azərbaycan dostluğunun təcəssümü olan “Discovering The Land of Origin” (Milli mirasımızın mənşəyini kəşf et) layihəsi 2019-cu ilin iyul ayında həyata keçirilib. Bu layihənin fotoları məşhur norveçli fotoqraf və art-direktor Edmond Yanq tərəfindən çəkilib və böyük maraq oyadıb.

Baş Nazir Erna Sulberq minnətdarlığını bildirərək layihəni yüksək qiymətləndirib. O, layihənin çox vacib məsələyə toxunduğunu vurğulayaraq, diaspor təşkilatına fəaliyyətində uğurlar arzulayıb.

Həmçinin yoxlayın

Meşkinşəhrin Cəbdərəq kəndində mədən fəaliyyətinə qarşı etiraz aksiyası keçirilib; “Süfrələrimizin çörəyini məhv etməyin”

GADTB: Meşkinşəhr rayonunun Cəbdərəq kəndinin bir qrup sakini “Colgehaye asimani” şirkətinin mədən fəaliyyəti və bunun …

ABŞ və molla rejimin qarşılığılı hücumları ilə gərginlik regionda artdı

GADTB: Bölgədə gərginliyin davam etdiyi bir vaxtda İran İslam Respublikasının silahlı qüvvələri İordaniya və Birləşmiş …

Bir cavab yazın