Şənbə , Dekabr 21 2024
azfa

Azərbaycan Öyrənci Hərəkatı Yağış jurnalının bağlanmasını pisləyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Gilan Universitetində azərbaycanlı öyrəncilər tərəfindən nəşr olan “Yağış” jurnalının bağlanmasının ardınca öyrəncilər birgə bəyanat yayaraq jurnalın bağlanmasına etirazlarını bildiriblər.

Güney Azərbaycan öyrənci fəalları “Yağış” jurnalının bağlanmasının qanunsuz və ədalətsiz bir qərar olduğunu bildirərək dərhal bu qərarın ləğv edilməsini və jurnalın ikinci sayının nəşr olmasına icazə verilməsini tələb ediblər. Həmin bəyanata 28 öyrənci ocağı və jurnalı qol çəkiblər.

Bəyanatda azərbaycanlı öyrənci hərəkatı Məşrutə İnqilabının mirası kimi dəyərlənirilib: “Məşrutə hərəkatı qanuni hökuməti bərpa etmək və azadlıq ilə birgə ədalət üçün mübarizə aparırdı. Məşrutə hərəkatından bu gün 100 il keçsə də müxtəlif dövlət qurumlarının davranışında, xüsusilə universitet mühitlərində, bunların əldə edilmədiyini görürük”.

Bəyanatda həmçinin deyilir: “Ötən əsrdə İranda olan ayrı-seçkilik siyasətləri nəticəsində, Azərbaycan universitet cəmiyyətlərinin başqaları ilə müqayisədə qanuni azadlıqları daha çox pozulub və onlar daha çox repressiyaya məruz qalıbdır, indi isə Gilan universitetinin türk tələbələrinin jurnalı olan Yağış jurnalını dayandırma qərarı azərbaycanlı tələbə hərəkatına böyük zərbə oldu”.

Bəyanatın sonunda azərbaycanlı tələbə hərəkatı qanun və azadlıq uğrunda mübarizə aparan hərəkat olaraq Gilan Universitetinin rəsmilərinin dərhal “Yağış” jurnalının bağlanması qərarının ləğv etməsini və jurnalın ikinci sayının nəşr olunmasını tələb ediblər.

Bəyanatı Təbriz Tibb Universiteti, Təbriz Universiteti, Azərbaycan Şəhid Mədəni Universiteti, Ərdəbil Mühəqqiq Universiteti, Zəncan Universiteti, Təbriz Azad Universiteti, Həmədan Tibb Universiteti, Urmiyə Universiteti və Zəncan Tibb Universitetində fəaliyyət göstərən 28 fərqli öyrənci ocağı və jurnalı imzalayıb.

Həmçinin yoxlayın

Zülmə məruz qalan Qaşqay türkləri Güney Azərbaycandan dəstək istədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri geyim və mədəniyyətlərinə qarşı tətbiq edilən …

Suriyada PKK/YPG terror təşkilatına qarşı hücuma hazırlıqlar gedir

GADTB: PKK/YPG terror təşkilatı həm mənəvi cəhətdən, həm də faktiki olaraq böhran içindədir. 25 min …

Bir cavab yazın