Bazar ertəsi , May 20 2024
azfa

Elçibəy İnstitutu yaradıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Elçibəy İnstitutunun yaradılması barədə məlumat yayılıb.

Sosial şəbəkədə Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər Elçibəy İnstitutunun yaradıldığını bəyan edərək yazıb:

 “Dostlar, Milli Dirçəliş günümüz mübarək olsun!

İnanıram ki, bu bayram günündə bəyan etdiyimiz addım milli dirçəliş və milli həmrəyliyə töhfə olacaq”.

 “Azərbaycan Respublikası Konstitusiyasının Birləşmək Hüququ haqqında 58-ci maddəsini rəhbər tutaraq “Elçibəy İnstitutu” ictimai birliyini yaratdığımızı bəyan edirik.

Məqsəd Azərbaycan Milli Azadlıq və Demokratik hərəkatının lideri, 1992- ci ildə demokratik yolla Azərbaycan prezidenti seçilmiş Əbülfəz Elçibəyin elmi- nəzəri –ideoloji irsini toplamaq, mühafizə və müdafiə, tədqiq, təbliğ və təşviq etməkdir.

Elçibəy İnstitutu Azərbaycan Respublikası qanunvericiliyində yol verilən qayda, forma və vasitələrdən (o cümlədən kitablar, xüsusi buraxılışlar və s. nəşr etmək, elm və digər yaradıcılıq sahələri üzrə müsabiqələr elan etmək, mühazirələr, seminarlar təşkil etmək, kurslar açmaq, dinləmələr və s. tədbirlər keçirmək) istifadə edilməklə fəaliyyət göstərəcək”,-İsa Qəmbər bnildirib.

O, təsisçilərin adlarını da açıqlayıb: Arif Hacılı, Arzu Səmədbəyli, Əli Kərimli, İsa Qəmbər, İsmayıl Musa, Qiyas Sadıqov, Oqtay Qasımov, Pənah Hüseyn.

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəalı indi də sürgünə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə həbs etdiyi …

Yerli əhalinin kürd terrorçuların təhrif etdiyi Azərbaycan kənd adlarını qaytarmq üçün mübarizə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Salmas bölgəsində İran rejimi və kürd …

Bir cavab yazın