Bazar ertəsi , May 6 2024
azfa

Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləyən fəalları İran həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünü pisləyən 5 azərbaycanlı fəalı həbs və qamçı cəzasına məhkum edib.

Ümumilikdə 5 azərbaycanlı fəala bu məsələ ilə bağlı 5 il şərti həbs və 300 şallaq qərarı çıxarılıb.

Təbrizdə yaşan azərbaycanlı milli-mədəni fəallar Həkimə Əhmədi, Yasəmən Zəfəri, Sədullah Sasani, Rəhim Sasani və Mehdi Pur Əli Xurmalu məhkəmənin elektron sistemi vasitəsi ilə aldıqları bildirişdə Təbrizin ikinci Cinayət Məhkəməsinnin 112-ci şöbəsində onlarla bağlı qərar verildiyi biliblər.

Rejimin Cinayət Məhkəməsinin 112-ci şöbəsinin rəisi hakim Məhəmməd Əli Piri, “İctimai asayişi pozmaq, qanunsuz toplanmaq və məmurlara itaətsizlik” ittihamı ilə azərbaycanlı fəalların hər birinə bir il şərti həbs və altmış qamçı cəzası barədə qərar çıxarıb. 2013-cü ildə qəbul edilmiş İslam Cəza Qanununun 46, 49 və 54-cü maddələrinə istinadən verilmiş iddianamə dörd il müddətinə təxirə salınıb.

Qeyd edək ki, həmin azərbaycanlı fəallar 2020-ci il iyulun 16-da Ermənistanın Tovuz sərhədindən Azərbaycan ərazilərinə hərbi təcavüzünü pisləmək məqsədilə Təbrizdə Azərbaycan konsulluğu qarşısında toplaşdıqları üçün yaxalanıb və ermənipərəst İran rejimi tərəfindən cəzalandırılıblar.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …