Çərşənbə , Oktyabr 28 2026
azfa

Əmir Çəməni mühakimə edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz sakini olan mədəni fəal Əmir Çəməninin məhkəməsi keçirilib. Fəal öz tviter səhifəsində Aşura Sepahının ETTELAAT İdarəsi tərəfindən məhkəməyə verildiyini bildirib.

O yazıb: “Aşura Sepahının ETTELAAT İdarəsinin şikayətinə və Təbriz prokurorunun iddiasına əsasən, sistemə qarşı fəaliyyət ittihamı ilə Təbrizin İnqilab Məhkəməsinin 2-ci şöbəsində mühakimə olundum”.

Əmir Çəməni “Cəmiyyətin düşüncəsini qıcıqlandırmaq üçün yalan məlumat yaymaq” ittihamı ilə təqsirləndirildiyini açıqlayıb.

Təbrizin Cinayət Məhkəməsinin 112-ci şöbəsi tərəfindən İttihamla bağlı fəal nmühakimə edilib.

Qeyd edək ki, Əmir Çəməni mədəni fəaliyyətlərinə görə əvvəllər də həbs edilib. O, 1397-ci ilin şəhrivər ayının 11-də Təbrizin İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “Sistemə qarşı təbliğat” ittihamı ilə 6 ayadək həbsə məhkum edilmişdi.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …