Çərşənbə , Oktyabr 28 2026
azfa

Azərbayacanlı milli-mədəni fəallar 4 ay həbs ya 18 milyon rial nağd cəriməyə məhkum ediliblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanlı milli-mədəni fəallar Əkbər Cəhangiri, Milad Əkbəri və Murtəza Pərvin irqçi fars rejiminin Kəleybərdəki məhkəməsinin ədalətsiz hökmü ilə hər biri 4 ay həbsə ya 18 milyon rial nağd cəriməyə məhkum ediliblər.

Kəleybərdə yerləşən irqçi fars rejiminin cinayət məhkəməsinin 2-ci şöbəsi adı çəkilən azərbaycanlı milli-mədəni fəalları “icazəsiz şüarlar səsləndirməklə ümumi asayişi pozmaq və Babək qalasında qanunsuz toplaşma”da ittiham edərək, onların hər hansı cinayət törmətməmələrinə rəğmən cəzalandıərmışdır.

Qeyd edək ki, Güney Azərbaycanlı milli-mədəni fəallar Əkbər Cəhangiri, Milad Əkbəri və Murtəza Pərvin digər azərbaycanlı milli-mədəni fəallarla birlikdə 2017-ci il iyun ayının 30-da Babək qalası toplantısında iştirak edərək, Güney Azərbaycan siyasi məhbuslarına azadlıq tələb etmişlər. Onlar heç bir cinayət törətmədikləri halda cəzalandırılmışlar.

Həmçinin yoxlayın

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İranla bağlı qərar verildi – Savaş an məsələsidir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın