Cümə , Oktyabr 30 2026
azfa

Türkiyə fevral ayında 126 terrorçu məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyәnin tәhlükәsizlik qüvvәlәri fevral ayında da separatçı terror tәşkilatı YPG/PKK-ya ağır zәrbәlәr endirib.

Türkiyәdәki sülh vә tәhlükәsizlik mühitini pozmaq üçün mülki vәtәndaşları, uşaqları vә körpәlәri hәdәf almağa cәhd göstәrәn separatçı terror tәşkilatı YPG/PKK-ya qarşı fevral ayında ölkә daxilindә vә sәrhәddәn kәnarda hәyata keçirilәn әmәliyyatlar nәticәsindә 126 terrorçu zәrәsizlәşdirilib.

Digәr tәrәfdәn 2021-ci ilin 27 fevral tarixinәdәk tәhlükәsizlik qüvvәlәrinә tәslim olan terrorçuların sayı 31-ә yüksәlib.

Türkiyәnin Daxili İşlәr Nazirliyi tәrәfindәn  yanvar ayında başladılan ‘‘Eren’’ әmәliyyatları da davam etdirilir.

Bu çәrçivәdә fevral ayında Bitlis, Siirt, Tunceli, Hatay, Osmaniye, Qaziantep, Hakkari vә Şırnak şәhәrlәrindә yeni әmәliyyatlara start verilib.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …