Şənbə , Oktyabr 31 2026
azfa

Almaniyada ermənilərin Qarabağ haqqında qərəzli filmi Azərbaycan və Türkiyə türklərini ayağa qaldırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Berlin Beynəlxalq Film Festivalının proqramına Ermənistan istehsalı olan Qarabağ haqqında film salınıb.

“Forum” proqramına salınan “Qara Bağ Artsax” adlı film türk və azərbaycanlı internet istifadəçilərinin sərt etirazları ilə qarşılanıb.

Azərbaycan-Ermənistan münaqişəsindən bəhs edən film Qarabağdakı erməni sakinlərlə 2007-ci ildə alınmış müsahibələrə əsaslanır. Filmin rejissorları İrene Anastas və Rene Gabridir.

Azərbaycanlı istifadəçilər filmin adına hiddətlə reaksiya verib və “Berlinale” saytında dərc olunan rejissorların təqdim etdiyi təsviri qərəzli hesab edib.

Ekran işində 1990-cı illərdə Dağlıq Qarabağdakı münaqişə “qurtuluş və öz müqəddəratını təyinetmə mücadiləsi” kimi təsvir edilir və son – 2020-ci ildə baş verən anti-terror əməliyyatları “Azərbaycan işğalı” adlandırılır. Festival azərbaycanlı və türklərin filmin proqramdan çıxarılması çağırışlarını rədd edib. Virtual nümayişdən sonra film yayda Berlində oflayn nümayiş olunacaq. Nümayişdən sonra müzakirə panelləri açılacaq.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycanlı uşağa Kayahan adına görə 94 gündür molla rejimi doğum haqqında şəhadətnamə vermir

GADTB: Təbrizdə rejimin Əhalinin Vəziyyətinin Qeydiyyatı İdarəsi türk mənşəli “Kayahan” adı ilə bağlı bir uşağa …