Cümə , Oktyabr 30 2026
azfa

Hulusi Akar və digər komandanlar Elazığa getdi; Qəza ilə bağlı son durum

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə milli müdafiə naziri Hulusi Akar və Silahlı Qüvvələrin digər komandanları məlum helikopter qəzası ilə əlaqədar Elazığ şəhərinə gəliblər.

Martın 4-də günorta saatları qəzaya uğrayan “Cougar” helekopter Bingöl-Bitlis marşrutu ilə uçurmuş. Türkiyə vaxtı ilə 13:55 radələrində səmaya qalxan helikoperlə təxminən 30 dəqiqə sonra rabitə əlaqəsi kəsilib. Bundan dərhal sonra “CN-235” markalı hərbi təyyarə və pilotsuz aparatlar axtarış işlərinə başlayıblar. Qəza Tatvan rayonu ərazisində baş verib.

Ən son məlumata görə, şəhidlərin sayı 11-ə çatıb. Korpus komandiri, general-leytenant Osman Erbaş da həlak olanlar arasındadır. Hazırda iki yaralı hərbçi xəstəxanada müalicə olunur.

Yerli medianın məlumatına görə, Fransa-Almaniya istehsalı olan “AS532 Cougar” 1993-cü ildən Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olub. Türkiyədəki bu helikopterlərin 1997-ci, 2003-cü və 2017-ci illərdə uğradıqları üç qəzada 28 hərbçi şəhid olub. Bu gün baş verən acı hadisə həmin markalı helekopterlərin sayca dördüncü ağır qəzasıdır.

Həmçinin yoxlayın

Ted Kruz: “İslam Respublikasını devirmək üçün iranda etirazçıların silahlandırılmasını təklif etmişəm”

GADTB: ABŞ-ın Respublikaçılar Partiyasından olan senatoru Ted Kruz bildirib ki, Donald Tramp İslam Respublikasının yaratdığı …

Sayın Mikayil bəy Oyta Sidneydə Türkiyənin Cümhuriyyət bayramında- Şəkil

GADTB: Sidneydə 29 Oktyabr Türkiyədə Cümhuriyyətin qurulmasının 130-cu ili münasibətilə mərasim keçirilib.   Tədbirə Türkiyə …