Çərşənbə , Sentyabr 9 2026
azfa

İrqçi fars rejim Saman Bidarı Ərdəbildə zindanın istintaq təcridxanasına köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları yaxaladığı Saman Bidarı martın 4-də Ərdəbildə Şam Əsbi zindanın istintaq təcridxanasına köçürüblər.

Azərbaycanlı fəal Saman Bidar fevralın 28-də rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanıb.

Saman Bidar ailəsinə bildirib ki, saxlanılandan bir gün sonra, fevralın 29-da rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 9-cü istintaq şöbəsində ittihamının “Sistemə qarşı təbliğat” olduğu bildirilib.

Azərbaycanlı fəal ondan müvəqqəti sərbəs buraxılması üçün 50 milyon tümən girov tələb olunduğunu və iki gün təcridxanada saxlanıldıqdan sonra rejimin Ərdəbildəki zindanına köçürüldüyünü söyləyib.

Həmçinin yoxlayın

ABŞ Maliyyə Nazirliyi bir sıra İran aviaşirkətlərinə sanksiya tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-i, çərşənbə axşamı, İrana dair …

Qərbi Azərbaycanda tibb işçiləri etiraz olaraq valiyə açıq məktubla müraciət ediblər

GADTB: Qərbi Azərbaycan əyalətində tibb işçilərinin gecikdirilmiş əmək haqlarının ödəniləcəyi barədə vədlər yerinə yetirilmir. Bu …