Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Azərbaycanlı siyasi məhbus Rza Vasiqi məzuniyyətə buraxılı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Ərdəbil zindanında həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Rza Vasiqi qısa müddətli məzuniyyətə buraxılıb.

Azərbaycanlı fəal martın 6-da 80 milyon tümən girov qarşılığında qısa müddətli məzuniyyət haqqından istifadə edə bilib.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Əli və Rza Vasiqini 5 il həbsə məhkum edib. Əli Vasiqini 3 il və qardaşı Rza Vasiqini 2 il həbsə məhkum edib.

Rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi, hakim Məhdəviradın sədrliyi iki qardaş Əli və Rza Vasiqini, “Vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.

Bu qərar avqustun 18-də çərşənbə axşamı günü Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinin ofisində şifahi olaraq azərbaycanlı fəallara elan edilib.

1985-ci ildə Ərdəbildə anadan olan Əli Vasiqi iki qız atasıdır. O, 2011, 2015 və 2018-ci illərdə də milli-mədəni fəaliyyətlərinə görə saxlanılıb, işgəncə görüb və həbs edilib.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri İranda əhaliyə vergi ödəməməyi və qış üçün yanacaq ehtiyat toplamağı məsləhət bildi

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent İranda əhaliyə vergi ödəməməyi tövsiyə edib. Onun sözlərinə görə, …

ABŞ-ın “Apaçi” helikopterləri İranın “Şahid” dronlarını vurmaq üçün təlim keçdi

GADTB: ABŞ və İsrail ordularının ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra İrana hücum planları hazırladığı barədə …