Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Azərbaycanlı siyasi məhbus Kiyanuş Aslani məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Kiyanuş Aslani yüksək məbləğdə girov qarşılığında məzuniyyətə buraxılıb.

Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Kiyanuş Aslani aprel ayının 21-də 350 milyon tümənlik girov qarşılığında 20 günlük məzuniyyətə buraxılıb.

Qeyd edək ki, azərbaycanlı fəal Kiyanuş Aslani, Tövhid Əmir Əmini ilə birlikdə 2019-cu il fevralın 20-də Beynəlxalq Ana Dili Günü münasibəti ilə Tehranda poster payladıqları üçün irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.

Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi Tövhid Əmir Əminiyə “Sistem əleyhinə təbliğat aparmaq” ittihamından bəraət verib, lakin digər ittihamı ilə bağlı çıxarılan həbs qərarını olduğu kimi qüvvədə saxlayıb. Fəallar brilikdə 12 il yarım azadlıqdan məhrum edilib.

Tövhid Əmir Əmini 7.5 il, Kiyanuş Aslani isə 5 il həbsə məhkum edilib.

Bundan əlavə, Kiyanuş Aslani 2 il müddətinə bütün qruplara üzv olmaq hüququndan məhrum edilib.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …