Çərşənbə , Oktyabr 21 2026
azfa

Qasım Süleymani: “Azərbaycan türkləri iranlı deyil”- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terrorçu başı Qasım Süleymaninin yeni yayılan videosunda o irqçi fars rejimin irqçi mahiyyətini tam şəkildə ortaya qoyur. O çıxışında Səlcuqluları və başqa türk sülalələrini işğalçı adlandırır.

Qüds briqadasının 2020-ci ilin yanvarında İraqda öldürülən terrorçu başı Qasım Süleymani son 700 ildə, İranın qeyri-iranlılar (qeyri-farslar) tərəfindən idarə edildiyini vurğulayıb.

O deyib: “İranın son 700 il dövrü qeyri-iranlı hakimlərin dövrüdür. Müxtəlif dövrlərdə müxtəlif yerlərdən gəldilər və bu ölkəyə hakimlik etdilər. Səlcuqlular və başqaları…”.

Süleymani çıxışında 1979-cu il inqilabını “Yalnız islamın nicatı üçün deyil həm də İranın nicatı üçün edildiyini” deyib.

Süleymani beləliklə dolayı yolla qeyri-fars, xüsusilə Azərbaycan türklərini özündən hesab etmədiyi və onlara qarşı düşmən münasibəti bəslədiyini sərgiləyib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …