Çərşənbə , Avqust 19 2026
azfa

Azərbaycanlı siyasi məhbus Əmirəmini məzuniyyətə buraxılıb

​​​​​​​GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əmirəmini Tehranın Evin zindanından 350 milyon tümən girov qarşılığında 20 günlük məzuniyyətə buraxılıb.

Qeyd edək ki, Tövhid Əmirəmini 2019-cu il fevralın 20-də Tehranda Dünya Ana Dili Günü ilə bağlı poster payladığı üçün irqçi fars rejim tərəfindən yaxalanıb. Fəal uzun müddət təkadamlıq kamerada işgəncə edilib.

Fəal Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində  “Milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “Sistemin əleyhinə təbliğat aparmaq” ittihamları üzrə mühakimə olunub.

Tövhid Əmirəmini birinci ittihama görə 7.5 il, ikinci ittihama görə 18 ay həbs cəzasına məhkum edilib. Bu yaxınlarda isə Evin zindanında həbsdə saxlanılan heç bir günahı olmayan azərbaycanlı siyasi məhbusun 2020-ci il fevralın 4-də təsdiqlənmiş “Cəzanın azaldılması qanunu”na əsasən, 7.5 həbs cəzasının 2.5 ayı ləğv edildiyi üçün cəzası 5 ilə endilib.

Həmçinin yoxlayın

Babülməndəb boğazı sahilində ərazinin husilər tərəfindən ələ keçirilməsi planı ilə bağlı xəbərdarlıq

QADTB: Fransa Xəbər Agentliyi çərşənbə günü Yəmənin rəsmi hökumətindəki bir nazirə istinadən xəbər verib ki, …

Türk adı səbəbilə azərbaycanlı körpə Eylinə iki aydır doğum haqqında şəhadətnamə verilmir

GADTB: Şəbüstər bölgəsinin Şərəfxana şəhərindən olan azərbaycanlı körpə Eylinin valideynləri qızlarının iki aylığını qeyd etdikləri …