Sayın Mikayil Oyta və Sara xanım Azərsun Mustafa Kamal Atatürkün Anım günü tədbirlərində-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bu gün Avstraliyada 19 May- Atatürkün Anma, Gənclik və İdman Bayramı ilə əlaqədar iki müxtəlif yerdə anım tədbiri keçirilib.

Keçirilən tədbirlərin biri Sidneydə Türk Evində Türk NSW Konseyi tərəfindən keçirilib. Başqa tədbir isə Kamberlend RSL şobşsi  Köprü Kültür və Sanat Mərkəzi Nepean Türk Okulunda təşkil edilib. Hər iki tədbirə Avstraliya-Azərbaycan Assosasiyası Prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Qadın və İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun da dəvət edilmiş və tədbirə qatılmışlar.

Tədbirə dövlət adamları, o cümlədən Türkiyənin Sidneydəki baş konsulu ve NSW  Dövlət Liberal Kültür Departamentinin sədri və başqa Türk təşkilatlarının liderləri iştirak etmiştilər

Tədbirdə Azərbaycanın, Quzey Kibris Türk Cümhuriyyəti, Türkiyə və Avstraliyanın bayraqlar dalğalandı.

Hər iki tədbirdə Avstaliya-Azərbaycan Assosasiyası və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) tərəfindən Atatürkün əziz xatirəsinə gül çələngi təqdim edildi.

Tədbirlərdən bir neçə şəkli təqdim edirik:

Həmçinin yoxlayın

Urmiyada 6 min bələdiyyə işçisi və əməkdaşının sığortası dayandırılıb

GADTB: Urmiya bələdiyyəsində çalışan təxminən 6 min işçi və əməkdaşın sığortasının dayandırılması onların və ailələrinin …

Zəncanda yenidən saxlanılan Leyla Cəfərlunun taleyindən məlumat yoxdur

GADTB: Zəncan şəhərindən olan azərbaycanlı gənc xanım Leyla Cəfərlunun yenidən saxlanılmasından bir neçə gün keçməsinə …