Şənbə , İyun 27 2026
azfa

Səttarxan serialına azərbaycanlılarla yanaşı lorlar da etiraz edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejiminin diktəsi ilə çəkilən Səttarxan serialı Azərbaycan türklərindən sonra lorların da etirazına səbəb olub.

Məlumata görə, qeyri-fars millətlərin təhqir edildiyi Səttarxan serialını azərbaycanlılarla yanaşı Losristan əhalisi də  narazılıqla qarşılayıblar. Serial fars rasizminin ideologiyası əsasında çəkildiyi üçün bütün xalqlara, xüsusilə Azərbaycan türk millətinə qarşı təhqirdir.

Azərbaycanlı fəalların etirazından sonra bir qrup lor millət vəkili İran Teleradio Şirkətinə məktub yazaraq, serialda “lor və bəxtiyari” tayfalarının təhqir olunduğunu qeyd edərək, onun yayınlanmasına kəskin etiraz ediblər.

Qeyd edək ki, İran adlanan ölkədə çəkilən Səttarxan serialına azərbaycanlılar və hətta Səttarxanın nəslindən olan qohumları da öz etirazlarını bildirmişlər.

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …

Bir cavab yazın