Cümə , Avqust 28 2026
azfa

Rejimin həbs etdiyi azərbaycanlı fəal İsrafil Fətullahzadə azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əhər şəhərindən olan azərbaycanlı fəal İsrafil Fətullahzadə dünən axşam saatlarında Əhər şəhərinin zindanından məzuniyyətə buraxılıb.

Azərbaycanlı fəal məzuniyyət müddəti bitdikdən sonra zindana geri qayıtmayacaq. Çünki, onun 7 aylıq həbs müddətinin bitməsinə 40 gün qalır.

Qeyd edək ki, İsrafil Fətullahzadə yanvar ayının 30-da 7 aylıq həbs cəzasını çəkmək üçün rejimin məmurları tərəfindən Əhərdə həbs edilmişdi. Onun Azərbaycan türklərinin “Fitilə” proqramında təhqir edilməsinə etiraz ilə bağlı həbsə məhkum edildiyi bildirilir.

İsrafil Fətullahzadə ondan öncə, 20 fevral 2014-cu ildə “Beynəlxalq Ana Dili” günü münasibətilə keçirilən tədbirlərə qatıldığına görə İran təhlükəsizlik məmurları tərəfindən yaxalanmışdı.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycanlı fəal Əsgər Əkbərzadənin vəziyyəti ağırlaşdıqdan sonra cərrahi əməliyyat keçirib

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadə səhhətinin kəskin pisləşməsi və Ərdəbil Fatimi …