Cümə , Oktyabr 23 2026
azfa

Sərhədsiz Reportyorlar İbrahim Rəisinin kütləvi edamlarda rolunun araşdırılmasını dəstəklədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sərhədsiz Reportyorlar Təşkilatı iyulun 1-də bəyanat yayaraq, Birləşmiş Millətlər Təşkilatının İran üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın yeni prezident təyin edilmiş İbrahim Rəisinin 1988-ci ildə İran zindanlarında baş verən kütləvi edamlardakı rolu barədə araşdırma aparılmasına dair təklifini dəstəkləyib.

Qeyd edək ki, Cavid Rəhman bundan öncə İran rəbərlərinin göstərişi ilə 1988-ci ildə yaradılan “Ölüm heyəti”nin üzvü İbrahim Rəisinin zindanlarda minlərlə siyasi məhbusa ölüm hökmünün çıxarılması barədəki rolu haqda müstəqil beynəlxalq araşdırmanın başlanılmasını tələb edib.

Sərhədsiz Reportyorlar Təşkilatının hüquqi strategiya və qlobal dəstək bölməsinin rəhbəri Antoine Bernard məsələ ilə bağlı mətbuata açıqlamasında deyib ki, 1988-ci ildə İran rəhbərlərinin göstərişi ilə zindanlarda edam edilən minlərlə siyasi məhbus arasında həm də yüzlərlə jurnalist və media fəalı olub.

“BMT-nin İnsan Haqları Şurasında araşdırma komissiyasının yaradılması məsələsinin gündəmə gətirilməsi çox vacib və zəruridir.

Bu, qeyd edilən il İran zindanlarında törədilmiş qətliamların araşdırılması üçün irəliyə atılan ilk addım sayıla bilər. Hesab edirəm ki, yaradılacaq komisyon BMT-yə üzv bütün ölkələr tərəfindən dəstəklənməlidir”, -deyə Antoine Bernard vurğulayıb.

Həmçinin yoxlayın

Azərbaycanın “Traxtur” komandası qələbə qazandı; azarkeşlərdən irqçiliyə etirazı – VİDEO

GADTB: Azərbaycan “Traktor”u “Sənaye Nefti” komandası üzərində 3:0 hesablı inamlı qələbə qazanaraq yenidən qələbə yoluna …

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …