Cümə axşamı , May 2 2024
azfa

BMT Baş Assambleyasının sədri Volkan Bozkırdan Türk dünyası səfəri

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Birləşmiş Millətlər Təşkilatının 75-ci Baş Assambleyasının sədri Volkan Bozkır Türkmənistan, Özbəkistan, Qırğızıstandan sonra Orta Asiya səfərinin son dayanacağı olan Qazaxıstana gedib.

Paytaxt Nur-Sultanda çıxışı zamanı V.Bozkır deyib: “Orta Asiyaya səfərimin səbəbi bu ölkələrin səslərini bütün dünyaya çatdırmaqdır.

Mən BMT Baş Assambleyasının sədri olmaqla yanaşı, bir Türkiyə vətəndaşıyam. Buralara gəlmək mənim üçün ayrı bir hissdir. Mən hər vaxt bunu söyləyirəm: bir türk BMT Baş Assambleyası sədri olmaq eyni zamanda həm də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın təmsilçisi olmaq deməkdir. Mənim şəxsimdə bütün türk dünyası BMT-yə sədrlik edir.

Orta Asiya ölkələri Əfqanıstanla bağlı narahatdır. Bu ölkədəki son proseslər sülh və sabitliyə kölgə salıb. Bölgə ölkələrinin bu məzmunda görüş və fikirləri mütləq bu problemin həlli üçün əhəmiyyətli olacaq.

7 avqustda Orta Asiya Dövlət Başçıları Zirvə Toplantısının keçirilməsi əhəmiyyətlidir. Bu yığıncaqdan deyiləcək, veriləcək mesajlar birlikdə Əfqanıstan məsələsilə bağlı addımlar atmaq üçün mühüm mərhələ olacaq. Yəqin ki, Qazaxıstan bu mövzuda liderlik missiyasının öhdəsindən gələ biləcək”.

Həmçinin yoxlayın

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Azərbaycan Türkiyə ilə birgə 5-ci nəsil qırıcı istehsal edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin TUSAŞ aerokosmik şirkəti Azərbaycanda fəaliyyət göstərəcək yeni …