Cümə axşamı , May 7 2026
azfa

Ermənistanın İrandan vaksin üçün bu ölkəyə axışan əhaliyə sərhədi bağladığı bildirilir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın İrandan korona vaksini vurdurmaq üçün bu ölkəyə axışan əhaliyə sərhədi bağladığı bildirilir.

Covid-19 vaksini vurdurmaq üçün Ermənistana axışan İran vətəndaşlarının sayı artmaqda davam edirdi. Lakin bir sıra erməni KİV-i bu məsələni tənqid edərək bu səfərlərin Ermənistanda Covid-19-a yoluxma hallarını kəskin artıracağını bildirərək dərhal sərhədin bağlanmasını istəyiblər.

Son məlumata görə Ermənistan İrana sərhədi bağlayıb. Dünən gecədən sərhəd qapılarının bağlandığı üçün sərhəd körpüsündə çox sayda İran vətəndaşı sərgərdan qalıb. Onları hətta ayaq yoluna getməyə də nə Ermənistana buraxırlar nə də İran geriyə buraxır. İran tərəfi onları geri qayıtdığı təqdirdə yenidən dövlət rüsumu ödəməli olduqlarını bildiriblər.

Bununla belə İranın Yol-Nəqliyyat Təşkilatının baş tranzit müdiri Cavad Hidayəti Ermənistanın İrana sərhədinin bağlanmadığı bildirib. O bildirib ki, yaranan sıxlıq Ermənistana səfər edənlərin artması ilə bağlıdır.

Həmçinin yoxlayın

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …

Hörmüz boğazında iki minə yaxın gəmi ilişib

GADTB: CNN telekanalı xəbər verib ki, Hörmüz boğazında vəziyyət kritik həddə çatıb və bölgədə təxminən …