Cümə , Oktyabr 30 2026
azfa

Kürd valinin yarıtmaz siyasəti nəticəsində Qərbi Azərbaycanda koronavirusa yoluxma sayı rekord həddə çatdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Qərbi Azərbaycanı kürdləşdirmək məqsədilə bu vilayətə təyin etdiyi kürd valinin yarıtmaz siyasəti nəticəsində burada koronavirusa yoluxma rekord həddə çatıb.

Qərbi Azərbaycanın Tibb Elmləri Universitetinin rektoru Cavad Ağazadə bununla bağlı ötən sutkada COVİD-19-a yoluxanlardan 375 nəfərin əyalət xəstəxanalarına yerləşdirildiyini bildirib.

Ağazadənin dediyinə görə, hazırda Qərbi Azərbaycan əyalətinin xəstəxanalarında 668 koronovirus xəstəsi müalicə olunur. Onlardan 171 xəstə reanimasiya şöbələrində yerləşdirilib, 26 xəstə isə süni tənəffüs aparatına qoşulub.

Ağazadə, son 24 saatda tibb məntəqələrinə yerləşdirilən koronovirus xəstələrinin 56%-nın əyalət mərkəzi Urmiyaya şəhərinə aid olduğunu bildirib.

Ağazadə son sutkada koronovirusdan ölənlərin sayı barədə məlumat vermədən bu günə kimi əyalətdə koronovirus səbəbindən dünyasını dəyişənlərin sayının 4808 nəfərə yüksəldiyini deyib.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …