Çərşənbə , Sentyabr 9 2026
azfa

Güney Azərbaycandan Əl-Əhvaz ərəblərinə etirazlarına dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı milli-mədəni fəallar Əl-Əhvazda keçirilən etiraz aksiyasına dəstək aksiyası keçirilib.

 Bu məqsədlə azərbaycanlı fəallar üzərində Əl-Əhvaz (Xuzistan) ərəblərinin simvolu- “çəfiyə” (baş ortüyü) üzərində “Səninləyik əl-Əhvaz” və “Ürəyimiz sizinlədir” şüarları yazılan posterləri şəhərin müxtəlif yerlərində divarlara və s. yerlərə yapışdırıblar.

Qeyd edək ki, son günlər əl-Əhvaz bölgəsində ərəb əhalisi bölgənin içməli suyunu fars bölgələrinə daşınması nəticəsində yaranan su qıtlığına etiraz olaraq mitinqlər keçirirlər.

Dörd gündür başlayan mitinqlər əyalətin 17 şəhərinə yayılıb. İrqçi fars rejimin terrorçu sepahı və xüsusi qvardiya etiraz aksiyasına sərt müdaxilə edib mitinqləri atəşə tutub. Nəticədə ən azı 3 gənc güllələnərək öldürülüb. Çoxlu sayda yaralı var.

Bir neçə Güney Azərbaycan təşkilatı birgə bəyanat yayaraq əl-Əhvazda keçirilən etirazlara dəstək veriblər.

Həmçinin yoxlayın

ABŞ Maliyyə Nazirliyi bir sıra İran aviaşirkətlərinə sanksiya tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-i, çərşənbə axşamı, İrana dair …

Qərbi Azərbaycanda tibb işçiləri etiraz olaraq valiyə açıq məktubla müraciət ediblər

GADTB: Qərbi Azərbaycan əyalətində tibb işçilərinin gecikdirilmiş əmək haqlarının ödəniləcəyi barədə vədlər yerinə yetirilmir. Bu …