Çərşənbə , May 1 2024
azfa

Əl-Əhvaz Ərəb millətinin qanlı qiyamına Güney Azərbaycanın partiya və təşkilatlarından dəstək bəyanatı

GADTB: Əl-Əhvazın azadlıqsevər və mübarız xalqı, Güney Azərbaycandakı mübarizlər yaxşı bilir ki, sizin davamlı mübarizələriniz İrandakı faşist və irqçi rejimin əsaslarını sarsıtdı. Biz Ələhvazın ərəb xalqının qürurlu qiyamını, Ələhvaza qarşı yürüdülən 100 illik etnikləri dəyişdirmə siyasəti, o cümlədən, yaşam çeverəsinin dağıdılması və bu ustanın su qaynaqlarını İsfahan və Yəzd kimi fars ustanlarına köçürmə və məcburi köçürmə siyasətinə qarşı böyük bir etiraz kimi dəyərləndiririk.

Biz Güney Azərbaycanın Türk milləti, illərdir bu işğalçı, zorakı və irqçi siyasətlərin ölkəmizdə həyata keçirilməsinin şahidi olmuşuq və bu qeyri-insani siyasətlərə qarşı Ələhvazın ərəb milləti ilə bir yerdə durmuşuq. Ələhvazın ərəb xalqına dəstəyimizlə yanaşı uluslararası qurumlardan və oyaq vicdanlardan tarixin bu həssas dönəmində Ələhvazın ərəb xalqının qanlı yatırımı ilə bağlı İranın zorakı və qərəzli siyasəti eləcə də, İran daxilindəki yaşayan xalqalara qarşı yürüdülən siyasətini dayandırmasını istəyirik.

Yaşasın Əl-Əhvazın ərəb milləti ilə Güney Azərbaycanın Türk millətinin strateji birliyi

🔸Azərbaycanın Mərkəz Partiyası

🔸Azərbaycanın Demokratik birliyi

🔸Azərbaycanın Öyrənci hərəkatı

🔸Azərbaycanın Milli Dirəniş Təşkilatı

🔸Azadlıq cəbhəsi(QAMAC)

🔸Güney Azərbaycanın  Demokratik Türk Birliyi (GADTB)

🔸Güney Azərbaycanın  Demokratik Partiyası

🔸Güney Azərbaycanın  Milli Oyanış Hərəkatı(GAMOH)

🔸Güney Azərbaycanın İstiqlal Partiyası

🔸Güney Azərbaycanın Liberal Demokratik Partiyası

Həmçinin yoxlayın

Molla rejimi Cavad Məhhəmmədifərd və Əlirza Qənbərini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Urmiya sakinləri Cavad Məhhəmmədifərd və Əlirza …

Güney Azərbaycan Demokratik Türk Birliyindən (GADTB) sayın Şahin bəy Vəlisoya atasının vəfatı münasibətilə başsağlığı mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dəyərli ziyalı və vətənpərvər insan sayın Şahin Vəlisoyun …