Çərşənbə axşamı , May 7 2024
azfa

Ərdəbildə əl-Əhvaz etirazlarına dəstək davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində ikinci dəfə olaraq əl-Əhvazda ərəblərin etirazlarına dəstək və İran rejiminin qanlı müdaxilələrinə etiraz olaraq, şəhərin müxtəlif yerlərində çoxsaylı şüarlar yazılıb:

“Xalqın etirazını qanla yatırmağa son qoyun”

“Xuzistan azadlığa susuzdur”

“Su siyasi şüar!”                                                                                             

“Bizdə əl-Əhvazlıyıq”

“Azərbaycan sizinlədir”

“Suyu qana çevirməyək”

“Yezidiin üzünü ağ elədilər”

“Əəsas hüquq, hökumət qarşısında müdafiə hüququdur”.

Qeyd edək ki, dünən səhər saatlarında Ərdəbil şəhərinin milli-mədəni fəalları əl-Əhvazda başlanan etiraz aksiyasına dəstək nümayiş etdirib.

Fəallar üzərində Əl-Əhvaz ərəblərinin simvolu “çəfiyə” (baş ortüyü) üzərində “səninləyik əl-Əhvaz” və “Ürəyimiz sizinlədir” şüarları yazılan afişaları şəhərin müxtəlif yerlərində divarlara, oturacaqlara yapışdırıblar.

Artıq beşinci gündür əl-Əhvazda irqçi və işğalçı fars rejimin müstəmləkə siyasətinə etiraz olaraq etirazlar davam edir.

Həmçinin yoxlayın

Molla rejimin ayrı-seçkilik və yarıtmaz siyasəti nəticəsində Ərdəbildə su böhranı yaşanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars0molla rejimin ayrı-seçkilik və yarıtmaz siyasəti nəticəsində …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal məzuniyyətə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Tehrandaki Evin zindanında həbsdə saxladığı …