Şənbə , Oktyabr 24 2026
azfa

İran Suriyada və İraqdakı terrorçularına PUA təlimi keçir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Suriya və İraqda dəstəklədiyi terrorçularına partlayıcı insansız uçaqlardan istifadə etmək üçün təlimlər keçir.

“Zaman əl-Vusul” saytı da yazır ki, İran Palmira şəhərində yeni qüvvələr cəlb edir. Onlar Kərbəlada hərbi təlimlər keçdikləri halda 400 dollar aylıq maaş alacaqlar.

Habelə bu yaxınlarda İsrailə aid bir internet saytı Kərbəla səhrasında yerləşən terrorçu Qüds Qüvvələrinin təlim mərkəzinin görüntülərini yayımlayıb.

Qeyd edək ki, Amerika Müdafiə Nazirliyinin rəsmiləri indiyədək dəfələrlə İrana bağlı terrorçuların Amerikanın İraq və Suriyadakı hərbi bazalarına insansız təyyarələrlə hücumlarının artmasından narahatlıqlarını bildiriblər.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …