Türkiyə ordusu Afrində 2083 terrorçunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri və ASO-nun Afrində keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçu sayı 2083-ə yüksəlib.

Bu arada isə Afrində TSQ və ASO-nun hücumları qarşısında tab gətirə bilməyən terrorçular növbəti tələyə əl atıb. Qovulduqları ərazidən çıxan terrorçular həmin bölgənin yerli əhalisini də özləri ilə birlikdə Afrinin mərkəzi hissələrinə aparıb.

Məlumata görə, PKK-YPG-PYD terrorçuları bununla da Afrin ətrafında 30 mindən çox mülki insan məskunlaşdırıb. Terrorçuların bu insanlardan türk ordusunun hücumu zamanı canlı qalxan olaraq istifadə edəcəyi bildirilib. Terrorçuların həmçinin Afrinin mərkəzində yaşayan insanları səngər qazmağa, istehkam qurmağa məcbur etdiyi və türk ordusunun şəhər mərkəzinə gözlənilən hücumuna qarşı məcburi şəkildə döyüşməyə vadar etdiyi vurğulanıb.

Qeyd edək ki, Türkiyə ordusunun Afrində mülki insanları qorumaq həssaslığına görə jandarma və polis xüsusi təyinatlıları da Afrin əməliyyatına cəlb olunmuşdu.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası İranda mətbuat azadlığına qoyulan məhdudiyyətləri sərt şəkildə tənqid edib

GADTB: Təşkilatın yüz illik yubileyini qeyd etmək üçün Parisdə keçirilən Dünya Konqresində qəbul edilən və …

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …

Bir cavab yazın