Şənbə , Avqust 29 2026
azfa

Abbas Lisani Əlirza Fərşiyə və onun istəklərinə dəstək üçün aclıq aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbil zindanında həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Abbas Lisani başqa azərbaycanlı məhbus Əlirza Fərşiyə və onun Azərbaycan türkcəsində təhsil tələbi və başqa tələblərinə dəstək məqsədilə üç günlük aclıq aksiyası başlayıb.

Tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani sentyabrın 23-də ailəsi ilə telefon danışığı zamanı deyib ki, “Qardaşım və mübariz yoldaşım Əlirəza Fərşiyə və onun ana dilində təhsil, Azərbaycana qarşı sistematik ayrıseçkiliyin aradan qaldırılması və Azərbaycan xalqının öz taleyini təyinetmə hüququ da daxil olmaqla qanuni tələblərinə dəstək olaraq yeni dərs ilinin başlaması ilə eyni vaxtda üç günlük aclıq aksiyasına başlayıram”.

Hazırda Tehran zindanında həbsdə saxlanılan tanınmış azərbaycanlı siyasi məhbus Əlireza Fərşi 22 sentyabr, çərşənbə günü həm Azərbaycan, həm də fars dilində yaydığı açıq məktubda Ana dilində təhsil almaq imkanının olmaması və ədalətsiz ayrıseçkiliyə etiraz olaraq həmin gündən simvolik olaraq üç günlük aclıq aksiyasına başlayıb.

Həmçinin yoxlayın

Əhəd Əlivənd 13 gündür qeyri-müəyyən vəziyyətdə Mərağa həbsxanasının karantin bölməsində saxlanılır

GADTB: Məlikkəndi sakini, Traxtur komandasının azarkeşi və sosial şəbəkə fəalı Əhəd Əlivənd həbsindən 13 gün …

İranda daxili repressiyalar və edam hökmlərinin çıxarılması artıb

GADTB: İran İnsan Hüquqları Kampaniyası sosial şəbəkənin «X» platformasında yaydığı paylaşımda bildirib ki, müharibənin başlanmasından …