Çərşənbə , May 6 2026
azfa

Qazaxıstanda dövlət iclaslarında ancaq qazax türkcəsi istifadə ediləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazaxıstanda dövlət başçısı Nursultan Nazarbayevin xüsusi sərəncamı ilə sabahdan etibarən Nazirlər Kabinetinin iclaslarında rus dilindən istifadə qadağan olunur.

İclaslar yalnız qazax türkcəsində keçiriləcək, ehtiyacı olanlar üçün sinxron tərcümə təmin ediləcək.

Prezident Nursultan Nazarbayev Qazaxıstanda latın qrafikasının tam tətbizi məsələsinə toxunub. O eyni zamanda qazax türkəsi dövlət dili olaraq statusunun artırılmasına yönəlmiş tədbirlərin görülməsini də vacib sayıb. “Latın əlifbasının tətbiqi xalqımız üçün tarixi əhəmiyyətlidir. Eyni zamanda, qazax türkcəsinin bütün səviyyələrdə gücləndirilməsi də vacibdir. Hesab edirəm hökumət və parlament müstəvilərində ancaq dövlət dilində danışılmalı və sənədlər də bu dildə tərtib olunmalıdır”, – Qazaxıstan prezidenti bildirib.

Görüşün sonunda prezident bir sıra xüsusi tapşırıqlar verib.

Qeyd edək ki, 2009-cu ildə aparılmış siyahıyaalma zamanı əhalinin yalnız 62 faizinin qazax dilində, 85 faizinin isə rus dilində oxuyub yaza bildiyi məlum olmuşdu. Lakin o vaxtdan bəri Qazaxıstanda etnik balans xeyli dəyişib. Hazırda qazaxlar ölkə əhalisinin təxminən 70, ruslar isə 20 faizini təşkil edir.

Həmçinin yoxlayın

Müharibə və blokada şəraitində Xəzər dənizi İran üçün əsas marşruta çevrilir

GADTB: Müharibə və Hörmüz boğazının faktiki blokadası fonunda İran həyati əhəmiyyətli ticarəti Xəzər dənizinə yönləndirmək …

Evin həbsxanasında azərbaycanlı sənətçinin “Azadlıq” əsəri: qadın mübarizlərə ithaf edildi

GADTB: Azərbaycanlı vizual sənətçi və siyasi məhbus Mürtəza Pərvin Evin həbsxanasının 7-ci bölməsində simvolik addım …

Bir cavab yazın